Oldos Hakslidən Corc Oruellə məktub

20-03-2018, 15:00
Oxunub: 953
"Məncə, idarəedici olan oliqarxiya idarə və gücə olan istəyini tətmin etməkdən ötrü daha asan və daha az zərərli yol tapacaq"


Corc Oruellə məşhur distopiyası “1984”ün yayımlanmasından  sonra, 1949-cu ilin oktyabr ayında qəribə bir məktub gəlir. Məktub Oruellin yaxın dostu olan və 17 il əvvəl öz ictimai qorxusunu “Cəsur yeni dünya” adı ilə kitab halına gətirən Oldos Hakslidən idi. Məktub təriflə başlayırdı. Amma əsas hissə iki əsərin qısa qarşılaşdırılması və Hakslinin öz kitabının niyə daha real təxminlər etməsinə inandığını aydınlaşdıran bölüm idi.

Raytvud, Kaliforniya.

21 Oktyabr 1949.

"Əziz Oruel,

Kitabını mənə göndərmələrini nəşriyyata tapşırmağın çox nəzakətli bir hərəkətdir. Kitabın mənə çatanda həddən artıq oxumalı və araşdırma etməli olduğum bir işlə məşğul idim. Buna görə də “1984”ə başlamağım xeyli gec oldu.

Kitabda qeyd etdiyin bütün vacib və düzgün tənqidlərə qoşulduğumu deməyimə ehtiyac yoxdur yəqin ki. Əvvəlcə əsərin çatmağa çalışdığı sonuncu inqilabdan bəhs edə bilərəm? Siyasət və iqtisadiyyatı geridə qoyan, şəxsin psixoloji və fizioloji çöküşünü hədəfləyən bu inqilab özünü Babeuf və Robespyerin tamamlayıcısı və xələfi kimi görən Markis de Sadda yer alır. “1984”dəki idarə edən azlığın fəlsəfəsi seksuallığı aşan və onu rədd edən anlayışla məntiqli nəticəyə gedən sadizmdir. Məncə, idarəedici olan oliqarxiya idarə və gücə olan istəyini tətmin etməkdən ötrü daha asan və daha az zərərli yol tapacaq. Bu yol mənim “Cəsur yeni dünya”da göstərdiyimə oxşardır. Son vaxtlarda canlı maqnetizm və hipnotizm tarixi ilə maraqlanmaq imkanı tapdım və 150 ildir ki, dünyanın Mesmer, Braid, Esdaile və başqalarının kəşflərini dərk etməyi rədd etdiyini gördüm.

19-cu əsr filosofları, elm adamları  özündən əvvəlki materialistlərə görə və elə özündən əvvəl yaşayanlara hörmətdən siyasətçi, əsgər, polis kimi hakimiyyət üçün çalışan sadə insanların maraqlandığı fəlsəfənin qeyri-adi həqiqətlərini öyrənməyə meyilli deyillər. Atalarımız bunu görmürmüş kimi davrandıqları üçün sonuncu inqilabın gəlişi 5-6 nəsil gecikir. Bir xoş təsadüf isə Freydin hipnozda uğursuz olması və hipnotizmi alçaldan nəticələr tapması idi. İnqilab ən azı 40 il psixologiyanı maraqlandıran bu məsələlərə görə ləngiyir. Amma bugünkü ruhla bağlı təhlillər hipnozla bütünləşir. Həmçinin hipnoz daha asan hala gəldikcə yuxu dərmanları ilə hipnozun vaxtı uzadılır.

Yeni nəsildə dünyanı idarə edənlərin ilkin şərtlərini və dərmanla həyata keçirilən hipnozu həbsdəkindən daha təsirli formada dövlətin vasitəsi olaraq istifadə etməyi və güc istəyinin ancaq insanları məcburi itaət etdirərək, hətta onların köləliyi sevdiklərini fərz edərək tətmin olacaqlarını kəşf edəcəklərinə inanıram. Başqa cür desək, “1984”dəki qorxunun “Cəsur yeni dünya”da qurduğum aləmin qorxusuna bənzəyən bir hala çatmasından qaça bilməyəcəyini düşünürəm. Bu dəyişiklik artan səmərəliliyin ehtiyacı olaraq meydana çıxacaq. Güclü bioloji və atom müharibəsi var. Və digərinin qorxusuna, hətta demək olar ki, xəyal edilə bilən növlərə sahib ola bilərik.

Kitaba görə bir daha təşəkkürlər.

Hörmətlə,

Oldos Haksli. "
Tərcümə: İlkay Əliyeva
Mənbə: dailymail.co.uk
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti