Xoşbəxtlik və kədər

20-03-2018, 14:23
Oxunub: 522
"Nə vaxt xoşbəxt olsan, qəlbinin dərinliklərinə bax, görəcəksən sənə xoşbəxtliyi bəxş edən kədəri"


Sonra bir qadın “bizə xoşbəxtlik və kədərdən bəhs et” dedi.

Və o, cavab verdi:

Sənin xoşbəxtliyin maskasını çıxarmış kədərindir.

Və göz yaşlarınla doludur qəhqələrinin yüksəldiyi quyu.

Necə ola bilərdi başqa cür?

Varlığını nə qədər dərinləşdirərsə kədər, o qədər çox xoşbəxtliklə dolarsan.

Dulusçunun sobasında bişməyib şərabını doldurub içdiyin qədəh?

Və ruhunu oxşayan rübab bıçaqların oyduğu ağac deyilmi?

Nə vaxt xoşbəxt olsan, qəlbinin dərinliklərinə bax, görəcəksən sənə xoşbəxtliyi bəxş edən kədəri.

Nə zaman kədər içində olsan, yenə bax qəlbinin dərinliklərinə, bunların xoşbəxtliyin göz yaşları olduğunu görəcəksən .

Bəziləri “xoşbəxtlik kədərdən yaxşıdır” və digərləri “yox, kədər daha yaxşıdır”, deyir.

Və mən deyirəm, onlar ayrılmaz bir-birindən.

Bərabər gələrlər. Masada biri səninlə bərabər otursa, unutma digərinin yatağında yuxuya daldığını.

Tərəzinin iki tərəfidir xoşbəxtlik və kədər.

Sadəcə boş olanda taraz və rahat qalarsan.

Xəzinədar qızıl və gümüşü çəkmək üçün sizi qaldırdığı zaman mütləq xoşbəxtliyiniz və ya kədəriniz artacaq və ya azalacaq.

Xəlil Cübran “Peyğəmbər”
Tərcümə: Ülkər Bədəlova
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Günəş 21 mart 2018 13:23  

Çox gözəl yazıdır. Dəfələrlə oxudum. İnsanın ruhunu oxşayır.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti