Bəkir Bozdağ ABŞ-ın Afrin bəyanatını tənqid edib

20-03-2018, 12:25
Oxunub: 89
"Mülki şəxslər su, ərzaq, tibbi ləvazimatlarla əlaqədar hər hansı problemlə qarşılaşmayıb"


Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ ABŞ-ın Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanatını tənqid edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, B. Bozdağ son bəyanatın ABŞ-ın hələ də "Zeytun budağı" əməliyyatının səbəb, məqsəd və xarakterini hələ də başa düşmədiyini, yaxud başa düşmək istəmədiyini göstərdiyini bildirib.

Baş nazirin müavini Türkiyənin Afrində uğurlu əməliyyat keçirdiyini, mülki şəxslərə və yaşayış məntəqələrinə  ziyan dəymədiyini vurğulayıb: "Zeytun budağı" əməliyyatı zamanı mülki şəxslər su, ərzaq, tibbi ləvazimatlar və digər humanitar ehtiyaclarla əlaqədar hər hansı problemlə qarşılaşmayıb".

Qeyd edək ki, dünən ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Robert Menninq bildirib ki, "Afrində mülki şəxslər arasında itkiyə, humanitar yardım göstərilməsinə maneə yaradılmasına, humanitar böhranın böyüməsinə" son qoyulmalıdır.

Xatırladaq ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri nəzarətə götürülüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti