Sabah külək əsəcək, yağış yağacaq

20-03-2018, 12:22
Oxunub: 140
Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək


Sabah Bakıda və Abşeron yarımadasında  hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz  12-17, Bakıda  gecə  8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz  19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti