Azərbaycan neftinin qiyməti 67 dollar təşkil edib

20-03-2018, 11:49
Oxunub: 59
Bu, əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 67,01 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 66,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti