AIDA İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

19-03-2018, 19:40
Oxunub: 174
AİDA-nın direktor müavini Leyla Abdullayeva rəhbərlik edir


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyi İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

XİN-dən Report-a verilən məlumata görə, 19-20 mart 2018-ci ildə Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndə heyəti “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasına qoşulmuş ölkələrin koordinasiya görüşündə iştirak etmək məqsədilə İstanbula səfər etmişdir. Görüş AİDA-nın başlıca tərəfdaşlarından biri olan İslam İnkişaf Bankı tərəfindən təşkil edilmişdir.

Tədbirdə AİDA nümayəndə heyətinə AİDA-nın direktor müavini Leyla Abdullayeva rəhbərlik edir.

Görüşün əsas məqsədi AFAB kampaniyasının ikinci mərhələsinin başlanılması ilə əlaqədar müvafiq əməkdaşlıq və tərəfdaşlıq mexanizmlərini müzakirə edərək Agentliklər arasında əlaqələrin gücləndirilməsindən ibarət olmuşdur. Sözügedən görüş, həmçinin AİDA ilə İİB arasında strateji tərəfdaşlıq münasibətləri və yeni sahələrdə əməkdaşlıq imkanlarının artırılmasına xidmət edəcəkdir.

2012-ci ildən etibarən Afrika Birliyinə daxil olan ölkələrdə həyata keçirilən AFAB kampaniyası nəticəsində kataraktadan əziyyət çəkən 56 mindən çox insanın görmə qabiliyyəti bərpa edilmiş və ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmişdir. AFAB-ın növbəti ikinci mərhələsi 2018-2022-ci illəri əhatə edəcəkdir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti