Azərbaycanda dövlət maliyyə sektorunda işləyənlərin sayı 100 nəfər azalıb

19-03-2018, 19:23
Oxunub: 60
Azalma dövlət sektoru hesabına baş verib


Bu il fevralın 1-nə əsasən, Azərbaycanda 23,6 min nəfər maliyyə və sığorta sektorunda işləyib. Muzdla işləyən işçilərin 4,4 min nəfəri dövlət, 19,2 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, statistikaya əsasən, işçilərin sayında ilin əvvəli ilə müqayisədə 100 nəfər azalma qeydə alınıb. 

Bu müddətdə özəl sektorda işçilərin sayı dəyişməyib, azalma dövlət sektoru hesabına baş verib.

Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 508,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,0 min nəfər, qeyri-dövlət sektorunda isə 627,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,8 min nəfər, qeyri-neft sektorunda isə 1 474,6 min nəfər çalışıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti