UEFA "Lion" klubunu cəzalandıra bilər

19-03-2018, 20:00
Oxunub: 61
2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb


UEFA İntizam Komitəsi Fransanın "Lion" klubuna qarşı intizam işi açıb. 

Report-un məlumatına görə, səbəb klub azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində MOİK-lə matçda bir sıra qayda pozuntuları etməsidir.

Fransa təmsilçisinin fanatları stadiona əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər. Onlar həmçinin futbolçulara qarşı irqçi ifadələr səsləndirərək stadionun tribunalarını bloklayıblar. Bu məsələyə mayın 31-də baxılacaq.

Qeyd edək ki, Fransanın "Lion" klubu Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında səfərdə Rusiyanın MOİK klubunu 1:0 hesabı ilə məğlub etsə də, doğma azarkeşlər önündə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti