İdarəetmənin konseptual tarixi - Sosiologiya

19-03-2018, 15:00
Oxunub: 456
"Sosioloqlar neoliberal islahatları araşdıranda islahatların əslində, dövləti demək olar ki, heç inkişafdan saxlamadığı nəticəsinə gəlirlər"


Hökumətin minimal dövlət kimi neoliberal konsepsiyası daha az idarəetmə, yəni dövlətin fərd üzərində nisbətən zəif nəzarəti deməkdir. Ehtimal ki, o, boş siyasi ritorikaya nümunə olmaq üçün adətən çox az şey edir. 

Əslində, sosioloqlar neoliberal islahatları araşdıranda, əsasən, bütün islahatların əslində, dövləti demək olar ki, heç inkişafdan saxlamadığı nəticəsinə gəlirlər. Onlar, bunun əvəzinə diqqəti bu islahatların hesablanmamış nəticələrinə yönəldirlər. Bir çox sosioloqa görə, neoliberal islahatlar xidmət qəbulunu parçaladı və müvafiq bazarlar yaratmadan, mərkəzi idarəetməni zəiflətdi. Onların baxışına görə islahatlar hər iki sahədə - ictimai siyasət və ictimai xidmətin qəbulunun formalaşmasında siyasi şəbəkələrin artmasına yol açdı.

1990-cı illər idarəetməni şəbəkələrin çoxalması olaraq qəbul edən nəhəng iş partlayışının şahidi oldu. Bu ədəbiyyatların çoxu neoliberal islahatların bütün ictimai, özəl və könüllü sektorlardakı kompleks təşkilatlanmaya əsasən yaradılmış yeni xidmət qəbulu yollarını araşdırır. O, bir sıra hadisələrin, dövlətin funksional fərqlilikləri, regional blokların yüksəlişi, qloballaşma, neoliberal islahatlar da daxil olmaqla, öz siyasətinin uğuru və qəbul edilməsi üçün dövləti get-gedə digər təşkilatlardan asılı hala saldığını vurğulayır. Sosioloqların siyasi şəbəkələrin müxtəlif variantlarını və idarənin yeni formalarını qəbul etmələrinə baxmayaraq, onlar ümumilikdə dövlətin artıq digərlərinə əmr verə bilməyəcəyinə inanırlar.

Neoliberallara görə, yeni hökumət dövlətin və digər təşkilatların bir-birindən asılı olduğu bir şəbəkə ilə xarakterizə olunur. Hətta dövlət dominant tərəf kimi qalsa belə, dövlət və digər təşkilatlar öz məqsədlərinə çatmaq üçün mütləq bir-biriləri ilə mənbə mübadiləsi aparmalıdırlar. Bir çox sosioloqların fikrincə, bu bağlılıq vasitəsilə hökumət digər təşkilatlara göstəriş vermək yerinə, onları yönləndirməyə çalışacaq. Onların fikrincə, bu ahəng güclü diplomatik əlaqələr və bununla əlaqəli olan idarəetmə texnikaları tələb edir. Bəzi sosioloqlar isə iddia edir ki, şəbəkələrin çoxalması güclü hökumət nəzarəti tələb edir. Bu baxışa görə, yeni idarəetmənin ortaya qoyduğu əsas problem, dövlətin sadəcə əmretmə gücünü deyil, həm də effektiv idarəetməsini azaltmasıdır.
Tərcümə: Aytac Abbasova
Mənbə: Britannica.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti