2017-ci ildə 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər vətəndaşlığa bərpa edilib

18-03-2018, 10:04
Oxunub: 134
Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib


Keçən il 27 min 88 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb.

Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində və belə şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi əqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində cidiid nəticələr əldə edilməkdədir.

APA-nın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bunu "Xalq" qəzetində  "Qloballaşan dünyada miqrasiya" başlıqlı məqaləsində yazıb.

F. Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ilə bağlı yazdığı məqaləsində qeyd edib ki, təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb. Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti