DGK sədri İsrail səfiri ilə görüşüb

16-03-2018, 17:47
Oxunub: 243
Aydın Əliyev İsrailin ölkəmizdəki səfiri Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev İsrailin ölkəmizdəki səfiri Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-dən APA-Economics-ə verilən məlumata görə, Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən A.Əliyev əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

DGK sədri iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Səmimi qəbula görə təşəkkürünü bildirən D. Stav Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan səfir Dan Stav iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, eyni zamanda son zamanlar Azərbaycan gömrük sərhədindən keçərkən qanunvericiliyin tələblərini pozan bir neçə İsrail vətəndaşı ilə bağlı səfirə ətraflı məlumat verilib, bu barədə fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti