Azərbaycanda neft hasilatı 0,5% artıb

16-03-2018, 14:53
Oxunub: 87
Hesabat dövründə neft hasilatının həcmi illik müqayisədə 0,5% artıb


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6 372,9 min ton xam neft hasil edilib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 6 364,9 min tonu əmtəəlik xam neft olub. Hesabat dövründə neft hasilatının həcmi illik müqayisədə 0,5% artıb.

İlin iki ayı ərzində ölkədə 4 726,9 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin analoji dövründən 0,8% çoxdur. Hesabat dövründə hasil edilən təbii qazın 2 908,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik qaz hasilatı ötən ilin yanvar-fevral aylarından 9,4% azalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti