İsmayıl Ömərovun fəaliyyəti yoxlanılacaq

13-05-2013, 11:23
Oxunub: 870


 

Etatist.com-un Lent.az-a istinadən verdiyi xəbərə görə, Hesablama Palatasının kollegiya iclası keçirilib.

Qurumdan verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq edilib.
 
Eləcə də iclasda dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Qax rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və Naxçıvan MR büdcəsindən və digər mənbələrdən Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan Lerik rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəsi və dövlət büdcəsindən Azərbaycanın İsveçdəki səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə audit proqramları müzakirə olunaraq təsdiqlənib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti