TQDK-dan xəbərdarlıq

13-05-2013, 11:04
Oxunub: 2315


Etatist.com-un ANSPress-ə istinadən verdiyi xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə xəbərdarlıq edir.


TQDK-dan verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır.


Göstərilən vaxta qədər abituriyentin "Elektron ərizə” si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki. 13 may 2013-cü il saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə "Elektron ərizə" doldurub, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti