İslamabadda Novruz şənliyi keçirilib

14-03-2018, 19:48
Oxunub: 113
Xanımlar milli rəqslərimizi ifa edib, yallı gediblər


Azərbaycanın Pakistandakı hərbi attaşe aparatı İslamabad şəhərindəki Serena otelində Novruz şənliyi təşkil edib.

Report xəbər verir ki, tədbirdə Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, bu ölkədə akkreditə olunmuş hərbi attaşelərin xanımları, ictimai işdə fəal olan qadınlar, eləcə də Pakistanda yaşayan azərbaycanlı xanımlar iştirak ediblər. Qonaqlara Azərbaycanın milli qadın geyimləri nümayiş etdirilib, Novruz bayramının adət-ənənələri barədə məlumat verilib.

İştirakçılar Azərbaycanın milli mətbəxinə aid yeməklərə qonaq edilib, onların hazırlanması qaydaları haqqında məlumat verilib.

Xanım qonaqlar Novruz ənənələrinə uyğun boyanmış yumurta döyüşdürüb, qaliblərə Azərbaycanın milli suvenirləri verilib. Xanımlar milli rəqslərimizi ifa edib, yallı gediblər.

Tədbirin keçirildiyi salon Novruz bayramının ənənələrinə uyğun olaraq səməni, xonça, Azərbaycan xalçası və digər milli əşyalar, suvenirlərlə bəzədilib, Azərbaycanın turizm potensialını özündə əks etdirən videoçarxlar nümayiş olunub və milli musiqimiz səslənib.

Sonda hər bir xanım iştirakçıya Azərbaycanın milli suvenirləri təqdim edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti