G20 sammitində kriptovalyuta bazarı barədə açıqlanacaq fikirlər məlum olub

14-03-2018, 19:16
Oxunub: 118
"Müəyyən nöqtədə qlobal maliyyə stabilliyinə zərər verə bilər"


Kriptovalyuta bazarında satışlar dayanmayıb və eyni templə davam edir. 

Report xəbər verir ki, buna səbəb "Reuters" agentliyinin yaydığı məlumat olub. 

Agentlik martın 19-20-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G20 sammitinin yekun bəyannaməsi ilə tanış olub. Qeyd edək ki, həmin tədbirdə dünyanın inkişaf etmiş ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri iştirak edəcək.

Sammitdə kriptovalyuta bazarına nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar gözlənilir. Maliyyə liderlərinin kriptovalyutaların əsasında duran texnoloji innovasiyaların maliyyə sisteminin effektivliyini yüksəltdiyini qeyd edəcəyi gözlənilir. Bununla yanaşı, bəyannamədə deyilir ki, "Kriptovalyutalar istehlakçı və investorların hüquqlarının qorunması problemini ortaya çıxarıb. Həmçinin, vergidən yayınma, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə aparmaq üçün bazara nəzarət artırılmalıdır. Bu problemlər müəyyən nöqtədə qlobal maliyyə stabilliyinə zərər verə bilər". 

Sammitdə, Fransa və Almaniyanın kriptovalyuta bazarına nəzarət barədə ortaq açıqlamalarının olacağı gözlənilir. Avropa İttifaqı Müşahidə Şurası sədrinin sözlərinə görə, qısamüddətli strategiyada kriptovalyutalarla bank əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti