BMT Təhlükəsizlik Şurası Sergey Skripalın işi üzrə açıq iclas keçirəcək

14-03-2018, 17:59
Oxunub: 200
"Açıq görüş saat 15:00-da (Nyu-York vaxtı ilə) baş tutacaq"


Bu gün BMT Təhlükəsizlik Şurasının keçirəcəyi açıq iclasda Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə dair məsələ müzakirə ediləcək.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəliyindən bildiriblər.

"Açıq görüş saat 15:00-da (Nyu-York vaxtı ilə) baş tutacaq", - diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var. Britaniya hakimiyyəti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti