Böyük Britaniya Rusiya ilə əlaqələri dayandırıb, 23 rus diplomat ölkədən çıxarılır

14-03-2018, 17:38
Oxunub: 176
"Əvvəlki əlaqələr artıq mümkün deyil"


Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. 

APA-nın xəbərinə görə, baş nazir Tereza Mey parlamentdə çıxışında bu tədbirləri elan edib.
 
O, Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərər qəbul etdiklərini bildirib. O deyib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir. “Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, lakin əvəzində sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”, - deyə T. Mey söyləyib.
 
Baş nazir Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını və bu ölkədə keçiriləcək dünya çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan edib: "Əvvəlki əlaqələr artıq mümkün deyil".

T. Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini söyləyib. O, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını də əlavə edib. 

Qeyd edək ki, Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.   

Martın 12-də T. Mey parlamentdəki çıxışında S. Skripal və qızı Yuliyanın zəhərlənməsi barədə aparılan təhqiqata dair ilkin məlumatlar verib. Baş nazir bildirib ki, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti