Mayda "Moody’s"in Azərbaycan üzrə illik sammiti keçiriləcək

14-03-2018, 15:42
Oxunub: 127
Sammitdə ölkənin kredit reytinqinə təsir edən əsas açar faktorlar müzakirə olunacaq


Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” may ayının 24-də Azərbaycan üzrə illik sammit keçirəcək.

APA-Economics "İnterfax" agentliyinə istinadən xəbər verir ki, sammitdə islahatların həyata keçirilməsində inkişaf, ölkənin kredit reytinqinə təsir edən əsas açar faktorlar müzakirə olunacaq.

Sammitdə Azərbaycanın suveren reytinqi, bank sektorunda vəziyyət, neftin qiyməti və neft sektoruna baxış mövzuları müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycanın uzunmüddətli kredit reytinqi agentlik tərəfindən “Ba2” səviyyəsində, “stabil” kimi qiymətləndirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti