"Tillerson Türkiyə-Amerika münasibətlərinin mürəkkəb dövründə vəzifəni tərk etdi"

14-03-2018, 15:37
Oxunub: 128
"Biz onunla, həqiqətən, çətin şəraitdə çalışmışıq, amma hər halda dialoqu davam etdirmişik."


"ABŞ dövlət katibinin dəyişməsi martın 19-da Vaşinqtonda planlaşdırılan ABŞ və Türkiyə xarici siyasət qurumlarının rəhbərləri arasındakı danışıqları sual altına qoyur."

Report xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Reks Tillerson Türkiyə-Amerika münasibətlərinin mürəkkəb dövründə vəzifəni tərk etdi: "Biz onunla, həqiqətən, çətin şəraitdə çalışmışıq, amma hər halda dialoqu davam etdirmişik."

Onun sözlərinə görə, Türkiyə qarşılıqlı hörmət əsasında ABŞ ilə dialoqu davam etdirmək istəyir: "Dövlət katibinin kim olacağı bizim üçün əhəmiyyətli deyil, amma bu vəzifəyə gələn şəxs maraq və fikirlərimizə hörmətlə yanaşmalıdır. Amerika bəzi ölkələrə, regionlardakı bəzi problemlərə yuxarıdan baxır."
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti