Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib

14-03-2018, 14:39
Oxunub: 399
A.Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib


Angela Merkel dördüncü dəfə ardıcıl olaraq Bundestaqda Almaniyanın kansleri seçilib.

APA-nın “Reuters"-ə istinadən verdiyi xəbərə görə, səsvermə zamanı 364 deputat onun lehinə, 315 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin də iştirakı ilə Merkelin kansler seçilməsinə həsr olunmuş rəsmi tədbir keçiriləcək.

Qeyd edək ki, A.Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti