Avro ECB rəhbərinin açıqlamaları ilə ucuzlaşıb

14-03-2018, 14:31
Oxunub: 131
ECB rəhbəri avronun bahalaşmasının inflyasiyaya təzyiq yaradaraq onun səviyyəsini aşağı salacağını deyib


 Avropa Mərkəzi Bankı (ECB) rəhbəri Mario Draqinin açıqlamaları avronun ucuzlaşmasına səbəb olub. Valyuta birjalarında 1 avro 1,2412 dollardan 1,2365 dollara düşüb. 

Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bankir valyuta bazarlarında dalğalanmaların risk yaratdığını bildirib. 

O, həmçinin monetar siyasətdə səbrli və inadcıl olmaq lazım gəldiyini, inflyasiya göstəricisinin hələ də aşağı olduğunu qeyd edib. ECB rəhbəri avronun bahalaşmasının inflyasiyaya təzyiq yaradaraq onun səviyyəsini aşağı salacağını da deyib. Bundan sonra Avropa valyutasının məzənnəsində azalma baş verib. 

M.Draqi monetar stimullaşdırmanı başa çatdırmaq üçün inflyasiyanın səviyyəsini yaxından izləməyin zəruri olduğunu vurğulayıb. O, həmçinin ABŞ-ın başladığı ticarət müharibələrindən narahat olduğunu dilə gətirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti