Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb

14-03-2018, 14:28
Oxunub: 144
B.Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq


Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıblar.

Türkiyən baş nazirinin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

B.Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq.

B.Yıldırımla birgə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çetin və digər şəxslər də Azərbaycana gəlib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti