Moskvada Lavrov və Çavuşoğlu arasında görüş keçirilir

14-03-2018, 13:00
Oxunub: 146
Sergey Lavrovvə Mövlud Çavuşoğlu arasında görüş başlayıb


Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovvə Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşün əvvəlində çıxış edən S. Lavrov Birgə Strateji Planlaşdırma Qrupunun 6-cı iclasının keçirildiyini söyləyib. O, iclasın Türkiyədə iki ölkə dövlət başçısının rəhbərliyi ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıq məqsədi daşıdığını deyib.

S. Lavrov görüşdə iki ölkə arasında münasibətlər və Suriya münaqişəsinin əsas müzakirə mövzusu olacağını bildirib: "Təbii ki, Suriya münaqişəsini müzakirə edəcəyik. Rusiya Türkiyə və İranla birlikdə Suriya münaqişəsinin həllində Astana prosesini başladıb".

Rusiya XİN başçısı türkiyəli həmkarı ilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini də söyləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti