Alim Qasımov Almaniyada konsert verəcək

14-03-2018, 12:17
Oxunub: 182
Konsert məşhur Elbphilharmonia zalında keçiriləcək


Xalq artisti Alim Qasımov aprelin 1-də Almaniyanin Hamburq şəhərində konsert verəcək.

Report-un məlumatına görə, konsert məşhur Elbphilharmonia zalında keçiriləcək.

Konsertdə A.Qasımov ilə yanaşı, onun qızı, əməkdar artist Fərqanə Qasımova da çıxış edəcək. Onları kamançada Rauf İsmayılov, tarda Zəki Vəliyev, nağarada Cavidan Nəbiyev, balabanda isə Rafael Əsgərov müşayiət edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti