Türkiyənin baş naziri Azərbaycana səfərə yola düşüb

14-03-2018, 12:12
Oxunub: 66
O, Bakıya yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib


Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə yola düşüb.

Report “Anadolu” agentlyinə istinadən xəbər verir ki, o, Bakıya yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib. 

Baş nazir deyib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək: "Böyük güclər və başqalarının fəaliyyətini, ədalətsizlikləri müzakirə edəcəyimiz bir toplantı keçiriləcək. Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu Azərbaycan, İran və Gürcüstanın xarici işlər nazirlərinin Bakıda keçiriləcək dörd tərəfli görüşündə iştirak edəcək. Onlar xüsusi ilə Qafqaz və Orta Asiyada gördüyümüz və görəcəyimiz işləri müzakirə edəcəklər”.

B.Yıldırımı səfərdə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Pariyasının (AKP) parlamentdəki fraksiyalarından birinin sədri Mehmet Muş, AKP sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dosluq qrupunun sədri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çətin müşaiyət edir. 

O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri forum çərçivəsində “Güc: Böyük güclər və başqaları” mövzusunda keçiriləcək paneldə çıxış edəcək.

B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti