Polşanın infrastruktur naziri Azərbaycanın əhəmiyyətli rolu haqda danışıb

14-03-2018, 11:23
Oxunub: 152
"Azərbaycan, sözsüz, Yeni İpək Yolunun yaradılmasında əhəmiyyətli rol oynadı"


Polşa TransXəzər nəqliyyat dəhlizi layihəsində maraqlıdır.

Bunu virtualaz.org-un müxbirinə Varşavada keçirilən Ukrayna-Avropa forumunun kuluarlarında Polşanın infrastruktur naziri Ancey Adamçik deyib.

"TransXəzər beynəlxalq nəqliyyat marşrutu yalnız Polşa üçün yox, həm də bütün Avropa biznesi üçün daha yaxın və daha cazibədar olur. Azərbaycan, sözsüz, Yeni İpək Yolunun yaradılmasında əhəmiyyətli rol oynadı", - deyə Polşa naziri vurğulayıb.

Xatırladaq ki, TransXəzər beynəlxalq nəqliyyat marşrutu Çindən başlayır və sonra Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə, yaxud  da Ukrayna vasitəsilə uzanaraq, Qərbi Avropa ölkələrinə çatır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti