Çempionlar Liqasının 1/8 final mərhələsi: "Roma" və "Sevilya" mərhələ adlayıb

14-03-2018, 11:41
Oxunub: 165
"Roma" 10 ildən sonra 1/4 finala yüksəlib


Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.

Report-un məlumatına görə, İtaliyada "Roma" Ukrayna "Şaxtyor"unu, İngiltərədə isə "Mançester Yunayted" İspaniya "Sevilya"sını qəbul edib.

İlk görüşdə 1:2 hesabı ilə uduzan "Roma" mərhələ adlamaq üçün vacib olan 1 qolu 52-ci dəqiqədə vurub. Edin Ceko "Şaxtyor"un qapıçısı Andrey Pyatovla təkbətəkdən fərqlənib - 1:0.

79-cu dəqiqədə isə İvan Ordets qırmızı vərəqə alaraq, ukraynalıları azlıqda qoyub. Bununla da "Roma" 10 ildən sonra 1/4 finala yüksəlib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti