İtaliyada partlamamış mərmi tapılıb

14-03-2018, 11:30
Oxunub: 74
Hakimiyyət orqanları yaşayış evlərinin sakinlərini, yerli xəstəxananı təxliyyə ediblər


İtaliyanın şərqində İkinci Dünya Müharibəsi dövründən qalmış mərminin tapılması ilə əlaqədar 20 mindən çox insan təxliyyə edilib.

Report TASS-a istinadən xəbər verir ki, mərmi Adriatik sahilindəki Fano şəhərində, tikinti işləri zamanı aşkarlanıb.

Hakimiyyət orqanları yaşayış evlərinin sakinlərini, ictimai binalarda olan insanları, həmçinin yerli xəstəxananı təxliyyə ediblər.

Tapıntı ilə əlaqədar dəmiryolunda hərəkət dayandırılıb, vağzal bağlanılıb. Hadisə yerindən təxminən 1,8 km məsafə təhlükəli ərazi sayılır.

Hazırda mərminin zərərsizləşdirilməsi əməliyyatı keçirilir. Onu açıq dənizdə partlatmağı planlaşdırırlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti