"Eurovision 2013"ün açılış mərasimi keçirildi

13-05-2013, 09:49
Oxunub: 658


İsveçin Malmö şəhərində "Eurovision -2013” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.
 
Etatist.com-un məlumatına görə, APA-nın Malmödə səfərdə olan müxbiri xəbər verir ki, açılış mərasimi Malmö Operada baş tutub. Builki müsabiqə təmsilçiləri və nümayəndə heyətlərinin hər biri elan olunub.
 
Açılış mərasimində ötənilki müsabiqənin qalibi Loreen də iştirak edib. Loreen 39 ölkə təmsilçisini İsveçdə salamlayıb və hər birinə uğurlar diləyərək, layiqli iştirakçının qalib olmasını diləyib.
 
Daha sonra mərasim "EuroClub”da davam etdirilib. Təmsilçilər bu məkanda öz ifalarını təqdim ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti