"Dialoqla münaqişələrin həllinə nail ola bilərik"

13-03-2018, 18:04
Oxunub: 161
"Təmas nöqtələri tapmağa çalışmalıyıq"


“Dialoqla münaqişələrin həllinə nail ola bilərik. Ümumiyyətlə, millətlərə, dinlərə qarşı dözümlülük göstərmək lazımdır. Mədəni sahədə də əlaqələri gücləndirmək lazımdır”.

Report-un xəbərinə görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında Bolqarıstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Desislava Atanasova deyib.

O bildirib ki, insanların dilləri, dinləri fərqli ola bilər: “Təmas nöqtələri tapmağa çalışmalıyıq. Avropa, Asiya dövlətləri birlikdə çalışmalıdır. Dinlərarası anlaşma mühüm məsələdir. Düşünürəm ki, ATƏT bu cür layihələri dəstəkləyər”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti