Bakıda ağır yol qəzası baş verib

12-12-2012, 10:28
Oxunub: 1989


Dünən gecə saatlarında Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb, xəsarət alanlar var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, sürücü və sərnişini xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıblar. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti