Azərbaycanda banklardankənar nağd pul kütləsi 25% artıb

13-03-2018, 16:58
Oxunub: 148
Ötən ilin eyni dövrü ilə müqayisədə isə M0 aqreqatında 1 458,6 mln. manat və yaxud 24,6% artım qeydə alınıb


Azərbaycanda banklardankənar nağd pul kütləsi (M0 aqreqatı) aylıq müqayisədə 108,8 mln. manat və yaxud 1,5% azalaraq bu il fevralın 1-nə 7 381,5 mln. manat təşkil edib. 

Report bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə isə M0 aqreqatında 1 458,6 mln. manat və yaxud 24,6% artım qeydə alınıb.

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin maksimal həddi 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti