Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

13-03-2018, 16:21
Oxunub: 181
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb


Britaniyanın Moskvadakı səfiri Lori Bristou Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Martın 12-də Britaniyanın baş naziri Tereza Mey Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yulianın zəhərlənməsində Moskvanı ittiham edib.

Bundan bir müddət əvvəl isə Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, martın 4-də Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı zəhərlənib. Bu hadisədə xəsarət alanların sayı 20 nəfəri ötüb. Hazırda xəstəxanada Skripal, onun qızı Yuliya və polis zabiti müalicələrini davam etdirirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti