Yaponların yatmaq sənəti - İnemuri

13-03-2018, 15:00
Oxunub: 555
"İnemuri" gündəlik təkrarlanan işlərini yerinə yetirmək üçün qısa müddətlik o mühitdən uzaqlaşma halıdır


Yaponlar nə yatır, nə də gözlərini dincəldirlər. Onlar  sadəcə “inemuri” edirlər. Dr. Bricit Stiqer bunun necə edildiyindən, sosial və mədəni köklərindən danışır.

Hər kəs yaponların yatmadığını söyləyir. Bu yanlışdır, amma mədəni və sosioloji ifadə olaraq qəribə bir iddiadır. Yuxu ilə bağlı olan bu qəribə davranışa ilk dəfə 1980-ci illərin sonunda Yaponiyaya getdiyim zaman rast gəldim. Həmin ərəfələrdə Yaponiya spekulyativ iqtisadiyyat qabarması dövründə idi. Gündəlik həyat çox sürətlə keçirdi. İnsanların həyatı iş və əyləncə fəaliyyətləri ilə dolu idi. Yatmağa vaxt qalmırdı. Bu vəziyyət ilə bağlı bir tərəfdən şikayət olunsa da, əslində, daxildə müəyyən bir qürur da dayanırdı. Belə ki, qatarlarda yatan çox sayda insan var idi. Bəziləri ayaqüstə yatırdı, amma bu, heç kəsə qəribə gəlmirdi. Bu vəziyyət mənə ziddiyyətli gəldi. Bir tərəfdən, gecə yuxusundan kəsən, səhərlər gec oyananları qınayan bu çalışqan arı mədəniyyətində “inemuri” adlandırılan hərəkətə qarşı tolerantlıq göstərilirdi.

“İnemuri” ictimai yerlərdə, qatarlarda, iclaslarda, məktəblərdə və başqa yerlərdə yatmaq mənasını ifadə edir. Qadın, kişi, uşaq harada olmasından aslı olmayaraq, istədiyi vaxt yata bilərdi. Yataqda yatmaq tənbəllik kimi qəbul oldunduğu halda işdə və yaxud başqa bir tədbir əsnasında yatmağa qarşı niyə tolerantlıq göstərilirdi? Ertəsi gün məktəbdə yatacaqlarsa, uşaqların gecələr dərs oxumağının nə mənası var idi? Bütün bunlar illər sonra doktorluq dissertasiyamı yuxu mövzusunda etmək qərarıma təsir göstərmişdi. İnsanların fikirləşmədən etdiyi gündəlik, təbii davranışları əslində, bir cəmiyyətin quruluşu və dəyərləri haqqında vacib cavablar verir.

Mədəniyyətin formalaşması

Əksər hallarda ulu babalarımızın qaranlıq olduğu zaman “öz-özlüyündən” yatdığını, səhər isə günəş çıxdığında oyandığını fərz edirik. Amma yatmaq vaxtı nə Yaponiyada, nə də başqa yerlərdə bu qədər adi olmayıb. Burada qədimdə insanlar gec yatdıqları üçün danlanar, lakin alimlər və samuraylar yatmayıb işlədikləri üçün təriflənərdilər. Tarixi mənbələrdə yuxulamaq çox toxunulan mövzu olmayıb, adətən lazımlı görülüb. Amma bəzən yuxuladıqları üçün insanlarla zarafatlar edilib. Erkən oyanmaq isə konfutsiçilik və buddizm qəbul edildiyi vaxtdan fəzilət kimi qəbul edilib.

Qəribə olan başqa bir hadisə isə uşaqlarla birgə yatmaqdır. İngiltərədə valideynlərə körpələrinin özləri yatmağı öyrənməkləri üçün başqa otaqda yatızdırılması məsləhət görülür. Yaponiyada isə tam əksinə, uşaqlar məktəbə gedənə qədər valideynləri ilə eyni otaqda yatırlar. Beləliklə, uşağın müstəqil və sosial cəhətdən sağlam yetişdiklərinə inanırlar. Bəlkə də bu mədəni formalaşma yaponların ictimai yerlərdə, başqalarının yanında yatmağı normal qarşılamağına səbəb olur. Məsələn, 2011-ci ildə baş verən tsunami fəlakətindən sonra böyük sığınacaqlarda birlikdə yatan yaponlar belə özlərini daha rahat və təhlükəsiz hiss etdiklərini deyirdilər.

Yuxu hesab edilmir

Lakin məktəbdə, işdə rahatlıqla yatan yaponların davranışı “inemuri”nin xoş qarşılanmağını izah etmək üçün  kifayyət etmir. Mövzu barəsindəki araşdırmalarımdan sonra əslində, “inemuri”nin yuxu kimi qəbul edilmədiyi qərarına gəldim. Bu hadisənin gecə yuxusu kimi dəyərləndirilmədiyi ilə bərabər, həmçinin qısa istirahət etmək kimi də görülmədiyini başa düşdüm. Əslində, işin sirri sözün Çin dilində olan mənbəyindədir. “İnemuri” “orada olmaq” və “yatmaq”  mənalarını ifadə edir. Yəni sizin diqqətiniz  həmin vaxt olduğunuz mühitə də yönlənir. Belə ki, bu sosial mühitə təsir göstərmədiyiniz müddətdə “inemuri”də problem yoxdur. Digər tərəfdən, bu kiminsə fikrə getməsinə bənzəyir. Yuxulayan insanın beyni orada olmasa belə, mövzuya daxil olmağı lazım olanda onu edə biləcək vəziyyətdə olmalıdır və fiziki cəhətdən də bu mühitə öyrəşməlidir.

Vacib olan iştirak etməkdir

İşdə “inemuri” etmək iclas vaxtına qədər vacib deyil. Həmçinin bu yuxusuzluq halının iş ilə bağlı olduğu zənn edilib xoş qarşılana bilər. Burada iclasa qatılmaq üçün göstərilən səylər vacib hesab olunur. Yaponiyada çox işləmək və özünü işinə həsr etmək dəyər verilən xüsusiyyətdir. Yuxusu gəlsə belə, çalışmaq fiziki zəifliyə qalib gəlmək kimi qəbul edilir. Təvazökar olmaq da vacib xüsusiyyətdir. Ona görə də insanların çox işlədiyi üçün özünü tərifləməsi yaxşı qarşılanmır. Bunun qəbul edilməsi üçün müxtəlif üsullardan istifadə olunur. Yorğunluq və xəstəlik daha əvvəl çox işləməyin nəticəsi kimi görülür. Bu səbəbə görə işdə “inemuri” və ya sadəcə gözlərini yummağı həmin şəxsin çox işləyib yorulmağına baxmayaraq, özünü idarə edəcək gücü və iradəsi olması deməkdir.

Yəni yaponların “inemuri” vərdişini tənbəllik olaraq görmək lazım deyil. Bu, gündəlik təkrarlanan işlərini yerinə yetirmək üçün qısa müddətlik o mühitdən uzaqlaşma halıdır.
Tərcümə: Günay Əliyeva
Mənbə: "Düşünbil" portalı
Müəllif: Bricit Stiqer
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti