Türkiyədə avronun məzənnəsi rekord həddə çatıb

13-03-2018, 12:31
Oxunub: 172
Analitiklər bu rəqəmin 6,8 mlrd. dollar olacağını proqnozlaşdırırdılar


Türkiyədə avronun məzənnəsi 4,76 lirəyə yüksələrək tarixi rekordunu yeniləyib. 

Report xəbər verir ki, buna səbəb ölkənin xarici ticarət balansının yanvar ayı üzrə kəsirinin gözləntiləri üstələyərək 7,1 mlrd. dollar təşkil etməsidir. 

Analitiklər bu rəqəmin 6,8 mlrd. dollar olacağını proqnozlaşdırırdılar.

Türkiyədə avro ilə yanaşı, ABŞ dollarının da məzənnəsi artıb. Amerika valyutası 3,86 lirəyə qədər bahalaşıb. 

Report-un analitik qrupu hesab edir ki, məzənnə artımı həm də bu gün ABŞ-da açıqlanacaq fevral ayı üzrə inflyasiya göstəricisi ilə bağlıdır. Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin martın 20-21-də keçiriləcək növbəti monetar siyasət iclasında uçot dərəcəsinin artırılması gözlənilir. Son nəticədə Türkiyədə dolların məzənnəsi 4 lirəni, avronun məzənnəsi isə 5 lirəni ötə bilər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti