"Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək istəyir"

13-03-2018, 11:55
Oxunub: 152
Bu istiqamətdə müzakirələr gedir


“Azərbaycan hökuməti ölkədə biznes mühitini inkişaf etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Azərbaycan bir sıra beynəlaxalq layihələrdə yaxından iştirak edir”.

Report-un xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov qeyd edib ki, Bakı-Tiblisi-Qars Dəmir Yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, digər ölkələr üçün də önəmli layihədir.

Nazir vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək istəyir, bu istiqamətdə müzakirələr gedir.

Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi Helsinki Yekun Aktı əsasında həll edilməlidir. O bunun vacibliyini vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti