Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb

13-03-2018, 11:17
Oxunub: 233
İclasda MŞ-nın yeni üzvlərdən ibarət tərkibi formalaşdırılıb


Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib.

Report quruma istinadən xəbər verir ki, iclasda MŞ-nın yeni üzvlərdən ibarət tərkibi formalaşdırılıb.

Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov MŞ-ya sədr, palatanın digər əməkdaşı Məhəmməd Həsənli, eləcə də “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Orxan Bağırov, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Tural Bayramov və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Bəhruz Nağıyev isə MŞ-nın üzvləri seçiliblər.

İclasda MDM-in cari və qarşıda duran məsələləri də müzakirə ediılib, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsi və s. əsas istiqamətlər müəyyənləşdirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti