ABŞ Türkiyənin İncirlik aviabazasından aparılan hərbi əməliyyatların sayını azaldıb

13-03-2018, 10:50
Oxunub: 145
Onlar baş verənləri iki ölkə arasındakı münasibətlərdə yaşanan gərginlik ilə əlaqələndiriblər


Birləşmiş Ştatlar Türkiyənin İncirlik aviabazasından həyata keçirilən hərbi əməliyyatların sayını azaldıb və daimi əsasda ora yerləşdirilən heyət üzvlərinin sayının azaldılması imkanlarını nəzərdən keçirir.

Report TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi amerikalı rəsmi şəxslərə istinadən "The Wall Street Journal" yazıb.

Onlar baş verənləri iki ölkə arasındakı münasibətlərdə yaşanan gərginlik ilə əlaqələndiriblər.

Qəzetin yazdığına görə, yanvarda "A-10" bombardımançı eskadrilyası İncirlik bazasından Əfqanıstana köçürülüb. Baza ərazisində olan Amerika hərbçiləri ailəsinin sayı tədricən azalmaqdadır. Hazırda İncirlikdə Amerikaya məxsus "F-22 Raptor" və "F-15 Eagle" qırıcıları, həmçinin yanacaq dolduran təyyarələr qalıb. ABŞ-ın hərbi nümayəndəsinin sözlərinə görə, Türkiyə aviabazasından istifadə miqyasının azaldılması məsələsinə artıq bir müddətdir ki, baxılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti