Türkiyə XİN rəhbərinin Rusiyaya səfəri başlayır

13-03-2018, 10:37
Oxunub: 137
Nazir Türkiyə- Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə edəcək


Martın 13-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun Rusiyaya səfəri başlayır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində nazir  Türkiyə- Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə edəcək, həmçinin Moskvada keçirilən turizm sərgisinə qatılacaq.

Martın 14-də M.Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulub. Daha sonra türkiyəli nazir Suriya üzrə Astana formatının XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya yola düşəcək.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti