Maliyyə Bazarlarına Nəzarət Palatası bankların fəaliyyətini qiymətləndirəcək

12-03-2018, 15:55
Oxunub: 233
29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür


Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Ekspert Qrupu arasında görüş keçirilib. 

Report-un verdiyi xəbərə görə, görüşdə banklarda müxbir hesabların açılması, aparılması və bağlanılması qaydaları, bankların müxbir əlaqələrinin möhkəmləndirilməsinə, o cümlədən müxbir hesabların vahid təkmilləşdirilməsinə dair müzakirələr aparılıb. 

Qərara alınıb ki, banklarda hesabların açılması ilə bağlı sorğu anketi tərtib edilsin və Palata bankların dəyərləndirilməsini aparsın.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdiribarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti