Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi açıqlanıb

12-03-2018, 14:54
Oxunub: 143
“Buta Airways”in payına isə 63 min sərnişin düşüb


Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk iki ayı ərzində 545 mindən çox sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “APA-Economics2ə verilən xəbərə görə, bu göstərici ötən ilin analoji göstəricisindən 16% çoxdur.

Cari ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 222 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 63 min sərnişin düşüb.

470 min sərnişin (sərnişin dövriyyəsinin 86,2%-i) beynəlxalq reyslərlə daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 47 istiqamət üzrə 27 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-fevral ayları ərzində bu istiqamətlərə 368 min sərnişin uçub. Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti