"Ayaks"ın futbolçusu matçın gedişində meydana çıxmaqdan imtina etdiyi üçün cəzalandırılıb

12-03-2018, 14:45
Oxunub: 155
17 görüşdə iştirak edib və 2 qol vurub


Hollandiyanın “Ayaks” klubu futbolçu Amin Yunesi cəzalandırıb.

Report Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, səbəb 25 yaşlı hücumçunun Hollandiya çempionatının XXVII turunda “Herenven”lə oyunun gedişində meydan çıxmaqdan imtinasıdır.

“Ayaks”ın baş məşqçisi Erik ten Haq matçın sonlarında Yunesi meydana buraxmaq istəsə də, futbolçu onun göstərişini yerinə yetirməyib. Bu səbəbdən o, əsas heyətdən kənarlaşdırılıb və gənclər komandasına göndərilib.

Qeyd edək ki, qarşılaşma 61 xalla 2-ci pillədə qərarlaşan “Ayaks”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Amin Yunes cari mövsümdə 17 görüşdə iştirak edib və 2 qol vurub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti