Mikayıl Cabbarov Fazil Məmmədovun işdən azad etdiyi şəxsə vəzifə verib

12-03-2018, 12:41
Oxunub: 482
Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib


Vergilər Nazirliyində yeni təyinat olub. 

Report xəbər verir ki, nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib. 

O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetiriə bilməməsini göstərib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti