FAKT: Azərbaycan azad ölkə, Ermənistan isə "forpost"dur

12-03-2018, 02:33
Oxunub: 17648
Azərbaycan dövlətinin başçısı öz çıxışlarında dəfələrlə bildirib ki, Ermənistan “forpost”dur.


Bildiyiniz kimi Fevral ayının 27-də Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Mixail Saakaşvilinin həyat yoldaşı, SOCO xeyriyyə fondunun rəhbəri Sandra Rulofsun “Bir idealistin hekayəsi” kitabının təqdimatı keçirildi. Bu təqdimatdan sonra Azərbaycanın bəzi mətbuat orqanları xəbəri təhrif edib yaymaqla yanaşı, təşkilatçı kimi Milli Fikir Mərkəzinin adını da qeyd etmədilər. Bununla yanaşı təqdimat zamanı sözügedən kitabın müəllifi Sandra Rulofsun Azərbaycanın Prezidenti və I vitse-prezidenti haqqında doğmalıq ifadə edən çıxışı isə ümumiyyətlə qeyd edilmədi.

Qeyd edək ki, həmin tədbirdə Sandra Rulofs Azərbaycan Prezidentinin 2008-ci ildə Gürcüstanı işğal zamanı müdafiə etdiyini bildirmişdi.

Bundan sonra isə Milli Fikir Mərkəzinin xəbərlərdə inkar edilməsi, daha sonra ümumiyyətlə xəbərin saytlardan silinməsi və nəhayətində, bəzi üzvlərin təşkilatın strukturlarından anidən çıxıb sosial şəbəkədə “MFM-dən çıxmışıq, heç bir təşkilatın üzvü olmayacağıq” kimi eyni məzmunda yazılar paylaşılmasına başlanıldı.

Bu kampaniyanın aparılmasının əsl səbəbini aydınlaşdırmaq üçün Ermənistanda baş verən olaylara nəzər salmağa qərar verdik. Etatist.com Ermənistan mətbuatında yayılan məlumatları oxucusuna təqdim edir:

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin "Gücün oyanışı" kitabının təqdimatı heç cürə baş tutmadı. Öncə elan olunmuşdu ki, tədbir Yeqiş Çarentsin ev muzeyində keçiriləcək. Sonra yer dəyişdirildi və "Noyan Tapan" kitab mağazasına keçirildi. Amma son anda tədbir ümumiyyətlə ləğv olundu. Kitabın tərcüməçisi "AJ" qəzetinin müxbirinə bildirib ki, İrəvanda təqdimat mütləq keçiriləcək. Təqdimatın ləğv olunma səbəbləri artıq siyasi kontekst almağa başlayıb.

FAKT: Azərbaycan azad ölkə, Ermənistan isə "forpost"dur

Gürcüstan mediası Saakaşvilinin "Gücün oyanışı" kitabının təqdimatının ləğv olunmasında Rusiyanın əlinin olduğunu yazır. Kitab mağazasının sahibi "AJ" qəzetinə açıqlamasında bu kitabın siyasi mahiyyət daşıdığını və onların siyasətlə heç bir əlaqələrinin olmadığını bildirmişdi. Onu da qeyd etmək lazımdır ki, bu qeyri-siyasi mağazada respublikaçı deputat Artaşes Qeqamyanın "Rusiyanın və Ermənistanın əsrlik strateji birliyi" kitabı satılır. Lakin Ermənistanın hökumət düşərgəsində Mixail Saakaşvilinin "Gücün oyanışı" kitabının təqdimatının ləğv olunmasına müsbət rəy verirlər. Həmçinin "RŞA" fraksiyasından olan deputat Şirak Torosyanın bu barədə sərt mövqeyi var. Onun sözlərinə görə Saakaşvili erməni əleyhdarıdır və onun kitabının təqdimatı İrəvanda baş tutmamalıdır: "Mən bu kitabın təqdimatının birinci Gürcüstanda, sonra isə başqa ölkələrdə keçirilməsini təklif edirəm. Gürcüstanda o, qadağandır. Əgər Gürcüstanda bu kitab qadağandırsa, niyə erməni dilinə tərcümə olunmalıdır və üstəlik də təqdimatı keçirilməlidir? Bu anlaşılan deyil, çünki Saakaşvili milli diskriminasiya siyasəti aparırdı. Ən çox da Cavakxada yaşayan ermənilərə qarşı... Bunun ən bariz numünəsi Saakaşvilinin Ermənistandan Gürcüstana gedəcək erməni dilində kitabları qadağan etməsidir. Bu erməni düşməni olan adam erməni məktəblərində erməni tarixini keçməyi qadağan etmişdi. İndi niyə onun yarısı erməni düşmənçiliyi yayan hansısa bioqrafik əsəri erməni dilinə tərcümə olunub təqdimatı keçirilməlidir? Bu kitabın tərcüməsinin haradan maliyyələşdiyi bəllidir".

"Ayakan Jamanak" qəzetinin müxbiri respublikaçı deputatdan kitabın kim tərəfindən maliyyələşdiyini və kimin bu kitabı tərcümə etməkdə maraqlı olduğunu soruşub. Respublikaçı deputat ad çəkməyərək inandırmağa çalışıb ki, həmin təqdimat keçiriləcəyi təqdirdə belə heç kim oraya getməyəcək: "Dəqiq kim tərəfindən maliyyələşdirildiyini ancaq təxmin edə bilərəm. Amma istənilən halda bu təşəbbüslə çıxış edən insanlar var və xoşbəxtlikdən bu bədbin hadisə baş vermədi. Bu addım baş tutacağı halda mən çox məyus olardım. Əgər bu baş versə, biz sərt mövqeyimizi bildirəcəyik".

Erməni parlamentinin müxalif "Çıxış" fraksiyasından olan deputat Ararat Mirzoyan spiker Ara Babloyana müraciət edərək təqdimatın keçirilməsi üçün milli məclisdəki otağını təklif edib. Torosyan həmkarının təşəbbüsünü "AJ" qəzetindən öyrənib və bu addım atılacağı təqdirdə həmkarına qarşı da sərt mövqe göstərəcəyini bildirib: "Mənim Ararat Mirzoyanın bu addımından xəbərim yoxdur. Bunu dəqiqləşdirəndən sonra Ararat Mirzoyana da sərt mövqeyimi bildirəcəm. Mən həmkarıma vətənpərvər insan kimi baxıram və hörmət edirəm. O, mənim həmkarımdır. Amma əgər o, belə addım atsa, mənim ona qarşı mövqeyim dəyişəcək".

""Kim indi erməni soyqırımını xatırlayır?" – bu, Adolf Hitlerin "Mənim mübarizəm" kitabından sitatdır. Həmin kitab sərbəst şəkildə Ermənistanın kitab mağazalarında satılır. Şirak Torosyanın erməni əleyhinə olan çıxışlarını Hitlerə də şamil etmək olar. Amma onun kitabı azad şəkildə satışdadır. Deputat hesab edir ki, yeni erməni nəsli üçün bu kitabın oxunması vacibdir.

"Hitlerin kitabı Ermənistanda ona görə sərbəst satışdadır ki, Hitler erməni genosidinə istinad edərək slavyanlara qarşı vəhşi hərəkətlərinə haqq qazandırırdı. Bunu insanların bilməyi lazımdır. Çünki nəticə çıxartmaq üçün onu doğma dildə oxumaq daha asandı. Bu, hamının bilməli olduğu tarixdi. Amma bundan şou düzəltməyə, tərifləməyə dözmək mümkün deyil. Saakaşvilinin kitabı artıq təcümə olunub, amma təriflənməsi qəbul edilməzdir. Hitleri Ermənistanda heç kim tərifləmir" - deyə Torosyan qeyd edib.

FAKT: Azərbaycan azad ölkə, Ermənistan isə "forpost"dur

* * *

Xəbərdən göründüyü kimi Ermənistanda hakim dairələrin narahatlıqlarını açıq şəkildə bildirmələrinə səbəb əslində Ermənistanın “forpost” olduğunun aydın ifadəsidir.

Qeyd edək ki, Azərbaycan dövlətinin başçısı öz çıxışlarında dəfələrlə bildirib ki, Ermənistan “forpost”dur. Yuxarıdakı xəbər isə buna əyani sübutdur. Ölkəmizdə isə Sandra Rulofsun “Bir idealistin hekayəsi” kitabının təqdimatının keçirilməsi onu göstərir ki, Azərbaycan heç bir başqa dövlətin nəzarətində olmayan azad ölkədir. Bundan narahat olanlar bu gün Milli Fikir Mərkəzini hədəfə almağa başlayıblar. Və görünən odur ki, MFM-i cəzalandırmaqda əsas maraq bu təşkilatın həmin iki müqayisənin ortaya qoyulmasına şərait yaratmasıdır. Bu iki müqayisə aydındır: Azərbaycanın öz gücünə arxalanan azad və suveren, yaradıcılıq azadlığı təmin olunan dövlət, Ermənistanın isə vassal olduğu ortaya çıxıb. Ona görə də MFM-in daxilində bu gün yaradılmağa çalışılan bölücülük və təşkilata guya “ciddi təşkilat deyil” görüntüsü verməyin bir adı var: Azərbaycanın daxilində olan “5-ci kolon”un MFM-i cəzalandırıb, yox etmək cəhdi.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti