Gürcüstanın prezidenti və baş naziri Azərbaycanın dövlət başçısına başsağlığı veriblər

9-03-2018, 19:35
Oxunub: 117
"Bütün hallarda Gürcüstanın dəstəyinə güvənə bilərsiniz"


Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. 

Report-un məlumatına görə, məktubda deyilir: 

"Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar aldığım xəbər məni dərindən kədərləndirdi.

Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, vəfat edənlərin ailələrinə mənim başsağlığımı, xəsarət alanlara isə tez sağalmaları diləklərimi çatdırmağınızı xahiş edirəm.

Bütün hallarda Gürcüstanın dəstəyinə güvənə bilərsiniz".

Eyni zamanda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Məktubda deyilir: 

"Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümü ilə nəticələnən yanğınla əlaqədar Gürcüstan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.

Bu ağır anlarda biz qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailələrinin kədərini bölüşür, onlara səbir diləyirik".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti