Təkmilləşmiş “Onbranch” layihəsinin geniş təqdimatı baş tutub

8-03-2018, 13:57
Oxunub: 297
"Rahat bir interfeys əldə etdik”


Azərbaycan startapı olan “Onbranch” layihəsinin yerli və xarici investorlara geniş təqdimatı keçirilib. 

Report xəbər verir ki, təqdimat mərasimində “Onbranch” mobil tətbiqi barədə layihənin təsisçisi Elçin Əskərov “Baku Business Factory”, Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GİTA), Azərbaycan və Gürcüstan investisiya şirkətlərinin nümayəndələrinə ətraflı məlumat verib.

Layihənin qurucusu bildirib ki, “Onbranch” vacib inkişaf mərhələsini uğurla başa çatdırıb. Belə ki, qeyd edilən startap ötən ildən etibarən ictimai iaşə sektorunda aktiv şəkildə test edilib. Məkan sahibləri ilə produktiv fikir mübadiləsi və mərhələli sınaqlar nəticəsində “Onbranch” platformasında təkmilləşmə aparılıb. Yeniliklər, ilk növbədə, ana səhifənin interfeysi, məkan səhifələrinin tərtibatı və istifadəçilərin naviqasiyasında öz əksini tapıb. Son aylar ərzində istifadəçi sayının artması da təkmilləşmə baxımından vacib rol oynayıb.

“Siz şəhərin bütün məkanlarını bir yerə toplayan vahid və sadə platformanı görürsünüz. Müxtəlif kateqoriyalara aid biznes sahiblərinin maraqlarına cavab verə bilən sistemin qurulması üçün müəyyən araşdırma və praktiki testlər vacib idi. Digər tərəfdən, sadə istifadəçiləri də unutmaq olmazdı. Nəticədə hər bir məkan və hər bir ziyarətçi üçün rahat bir interfeys əldə etdik”, -  E.Əskərov bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti