Azərbaycanda məmurun evinə basqın olub

11-05-2013, 13:57
Oxunub: 2444


Evdən külli miqdarda qızıl və pul aparılıb 

Mayın 11-nə keçən gecə Sabirabad rayonunda quldurluq hadisəsi baş verib. Etatist.com-un xəbərinə görə, bu barədə Hüquq-mühafizə orqanlarından Lent.az-a məlumat verilib. Məlumata görə, gecə saatlarında bir neçə nəfər maskalı şəxs Sabirabad rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun yaşadığı mənzilə soxulub. Həmin şəxslər idarə müdirinin əl-qolunu bağlayıblar, ona müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Daha sonra isə şəxsiyyəti istintaqa hələlik məlum olmayan şəxslər evdən külli miqdarda qızıl və pul götürərək aradan çıxıblar.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə iş başlanılıb. Hazırda fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Quldurluq əməlində şübhəli bilinən şəxslərin yaxalanması istiqamətində iş aparılır.
 
Sabirabad RPŞ-dən Lent.az-a faktı qismən təsdiqləyiblər, Bildirilib ki, faktla bağlı ətraflı məlumat verə bilməzlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti