Ölkəyə idxal olunan 6342 dərman vasitəsində uyğunsuzluqlar aşkarlanıb

5-03-2018, 19:49
Oxunub: 166
İl ərzində 852 dərman vasitəsi dövlət qeydiyyatına alınıb


Tarif Şurası tərəfindən 11 minə yaxın dərman vasitəsinin qiyməti tənzimlənib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə illik hesabatında əks olunub.

Məlum olub ki, il ərzində 852 dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 846 dərman vasitəsi yenidən qeydiyyat proseduruna qəbul edilib.

Keyfiyyətsiz, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə aparılan müayinələr nəticəsində hesabat ili ərzində idxalı üçün müraciət olunmuş 28 411 seriya dərman vasitəsindən 6342-də müəyyən uyğunsuzluqlar aşkar olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti