Bakıda 2 uşaq atasının dəhşətli intiharı

11-05-2013, 12:21
Oxunub: 820


Mayın 7-də Bakıda özünü yandıraraq intihara cəhd etmiş şəxs xəstəxanada ölüb.

Etatist.com-un xəbərinə görə, bu barədə Binəqədi rayon Polis İdarəsindən Lent.az-a məlumat verilib. Məlumata görə, Binəqədi şosesi, döngə 2 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Əliyev Sərvər Ələmdar oğlu həmin gün ağır dərəcəli yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 42 yaşlı kişi mayın 11-nə keçən gecə ölüb.
 
S.Əliyevin 2 uşağı qalıb. Onun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.
 
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti